• Be. Noy 25th, 2024

AZƏRBAYCANIN NÖVBƏTİ DİPLOMATİK UĞURU

Byadmin

Dek 1, 2021

  Soçi görüşü Cənubi Qafqazda sülhün və təhlüksizliyn təmin edilməsi baxımından çox mühüm addım oldu. Rusiya Prezidenti Vladimir Putinin dövlət başçımıza göstərdiyi xüsusi ehtiram, eyni zamanda bir çox məsələlərdə, xüsusən mədəniyyət sahəsində qarşılıqlı əməkdaşlığa görə İlham Əliyevə təşəkkür etməsi də onun göstəricisidir ki, Azərbaycan nüfuz etibarilə regiondakı liderliyini qoruyub saxlayır və baş verən proseslər rəsmi Bakının iradəsindən kənarda inkişaf etmir. Soçi bəyanatında əks olunan müddəalar da Azərbaycan tərəfinin daim tərəfdaş olduğu, söylədiyi və diqtə etdiyi müddəalardır.
 Bəyanat Prezident İlham Əliyevin apardığı uğurlu siyasətin nəticəsidir. Bəyanatda nə status, nə də Qarabağ ifadəsi var. Ermənistan tərəfinin həmişə iddia etdiyi hərbi əsir və girov məsələsinə də toxunulmur. Bəyanatda Rusiyanın məsləhətçi köməyi ilə Azərbaycanla Ermənistan arasında dövlət sərhədlərinin delimitasiyası üzrə ikitərəfli Komissiyanın yaradılması istiqamətində iş aparmağa razılılıq əldə olunduğu qeyd edilir. Eyni zamanda avtomobil və dəmir yollarının açılması ilə bağlı layihələrin başlanılması barədə qərar qəbul edilib ki, bu da məhz bu Zəngəzur dəhlizini nəzərdə tutur.
  Azərbaycan Prezidentinin mövqeyi bu sənəddə heç bir şərt qoyulmadan əksini tapıb. Bu bəyanatın qəbul edilməsi eyni zamanda digər vasitəçiləri, xüsusilə də Paşinyanın daim prosesə cəlb etmək istədiyi ATƏT-in Mink qrupunu kənarda qoyur. Onlar artıq formal xarakter daşıyır. Hazırda prosesdə Rusiyanın daha aktiv vasitəçilik missiyası həyata keçirdiyini görürük. Bu məsələdə prinsipal mövqe göstərən Rusiya post-sovet məkanda qaynar münaqişələrdən birinin həllində vasitəçi olmaqla öz beynəlxalq imicini yaxşılaşdırmaq və nufuzu gücləndirmək istəyir. Üstəlik, Paşinyan da artıq anlayır ki, həmin müddəalarda nəzərdə tutulan aspektlərdən kənar hərəkət etmək, öhdəliklərdən qaçmaq mümkün deyil. Şərtlərə əməl etmək lazımdır və Paşinyan həmin şərtlərə əməl etməsə bu ona və Ermənistana gələcəkdə çox baha başa gələ bilər. Mina xəritələrin müzakirə olunması olunması Azərbaycanın uğurudur. Soçidə humanitar məsələlərdə də irəliləyiş əldə olunub.
 Soçi görüşü zamanı Azərbaycan və Rusiya dövlət başçıları arasında səmimi və isti münasibətlərin olduğunu gördük. Vladimir Putin İlham Əliyevə hörmət və ehtiramla yanaşırdı. Bu onu göstərir ki, Azərbaycan və Rusiya arasında münasibətlər bundan sonra da yüksələn xəttlə inkişaf edəcək. Rusiya Prezidentinin Azərbaycanda rus dilinə və mədəniyyətinə göstərilən diqqətə görə təşəkkürünü bildirməsi də diqqət çəkən məqamlardan biri oldu. Vladimir Putinin bu fikirləri Azərbaycanın multikultural dəyərlərinə verdiyi yüksək qiymət olmaqla yanaşı, digər tərəfdən antirusiya meyillərin kəskin artdığı Erməistana ünvanlanmış ciddi xəbərdarlıq idi. Ümumilikdə Soçi görüşü Prezident İlham Əliyevin növbəti diplomatik qələbəsi idi, burada Azərbaycanın mövqeyindən və iradəsindən kənar heç bir məqam müşahidə olunmadı. 

Hafiz Cavadov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir