• C. Noy 29th, 2024

Qarşılıqlı ciddi siyasi dəstək

ByVuqar Ferzeliyev

İyn 19, 2023

Prezident İlham Əliyevin cari ilin 15 iyun tarixində Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycana rəsmi səfəri çərçivəsində verdiyi bəyanatda çox mühüm məsələlər barədə fikirlərini açıqlamışdır.

       Azərbaycan 30 il ərzində Ermənistanla danışıqlarda iştirak edirdi və bu danışıqlar heç bir nəticə vermədi. Yalnız bizim hərbi gücümüz və Azərbaycan Ordusunun əzmi ərazi bütövlüyümüzü bərpa etdi. Bu, danışıqlar və ya hər hansı bir vasitəçilik hesabına baş vermədi. Ərazi bütövlüyümüzü bərpa etdik, torpaqlarımızı 3 min övladımızı şəhid verərək döyüş vasitəsilə aldıq.

       44 günlük müharibə dövründə Türkiyə və Pakistan bizimlə bir yerdə idi. Baş nazir bəyan etmişdir ki, Pakistan Ermənistanla diplomatik münasibətlər qurmayan bir neçə ölkədən biridir və bu, mənəvi öhdəlikdir.

Prezident vurğulamışdır ki,Azərbaycan Pakistanı Kəşmir məsələsində hər zaman dəstəkləyib. Bu dəstək davam edəcəkdir. Biz bütün beynəlxalq təşkilatlarda bu dəstəyi və həmrəyliyi nümayiş etdiririk. Qarşılıqlı dəstək bizim ölkələri və xalqları daha da yaxınlaşdırır.

        Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif həmin tədbirdə dövlət başçımıza müraciətlə demişdir: “Siz Kəşmir məsələsində hər zaman bizim bacı-qardaşlarımızın yanında olmusunuz. Son 70 ildən artıq bir dövrdə biz Hindistanın terror aktlarına, misilsiz zorakılığına məruz qalmışıq. Orada hər cür pozuntular baş veribdir. BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri hətta o dərəcədə kobud şəkildə pozulmuşdu ki, vaxtilə – ötən əsrin 50-ci illərində cənab Nehru öz parlamentində söz vermişdi ki, Hindistan öz vədlərinə əməl edəcəkdir. Amma təkcə o vəd deyil, ondan sonra bir sıra öhdəliklər tarixin zibilliyinə göndərilmişdir. Onların törətdiyi vəhşilik minlərlə kəşmirli bacı-qardaşımızın həyatına son qoymuşdur, onlar şəhid olmuşdur. Hətta iki-üç yaşlı uşaqlar belə qətlə yetirilmişdir. Hər gün həmin ərazidə mülki insanların cəsədlərini görmək mümkündür“.

       Ümumiyyətlə, bütün bunlar regional münasibətlərin yaxşılaşdırılması və birliyin daha da möhkəmləndirilməsi istiqamətində çox mühüm addımlardır. Bu addımlar bir daha sübut edir ki, Azərbaycan Prezident İlham Əliyevin fəal diplomatik səyləri sayəsində həmişə etimad və qardaşlıq münasibətlərini təcəssüm etdirən müttəfiq olub.

İslam İsgəndərov,

Cəlilabad şəhər kommunal

müəssisələri kombinatın direktoru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir