• Bz. Yan 19th, 2025

XİN: “Azərbaycanın fəaliyyəti beynəlxalq qanunlara, BMT Nizamnaməsinə və Helsinki Yekun Aktına əsaslanır”

ByYenigun.news

Avq 4, 2023


“Azərbaycanın fəaliyyəti həmişə beynəlxalq qanunlara, o cümlədən BMT Nizamnaməsinə və Helsinki Yekun Aktına əsaslanır”.

Bunu Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti idarəsinin rəisi Ayxan Hacızadə “Twitter”də yazıb.

O bildirib ki, 2020-ci ildə baş tutan 44 günlük Vətən müharibəsi Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi və kütləvi etnik təmizləmə nəticəsində yaranan azadlıq müharibəsi idi.

“28 il ərzində Ermənistan danışıqlardan imtina etdi, bütün sülh təkliflərini rədd etdi, hətta “Qarabağ Ermənistandır” iddiası ilə çıxış etdi və Azərbaycanı “yeni ərazilər uğrunda yeni müharibə” ilə hədələdi”, – XİN sözçüsü əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir