“Geqarkunik bölgəsinin Norabak kəndi də Azərbaycan əsgərinin nişangahındadır”.
Yenigun.news erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə kənd sakinləri bildiriblər. Belə ki, sözügedən kənd bir neçə gün öncə ermənilərin təxribat törətməyə cəhd etdikləri Verin Şorja (Şorca) kəndindən cəmi 5 kilometr məsafədə yerləşir.
Azərbaycan hərbçiləri kəndin ən yüksək dağ zirvəsi olan “Moxrasar”da post qurublar: “Orada, dağın zirvəsində, həm də aşağıda, bir sözlə hər yerdə yerləşiblər” – deyə erməni sakin bildirir.
Qeyd edək ki, sərhədlərin demarkasiya və delimitasiya prosesi çərçivəsində Azərbaycana məxsus olan ərazilər hərbçilərimiz tərəfindən nəzarətə götürülür. Buna mane olmaq istəyən erməni hərbçilərinin təxribatının qarşısı isə uğurla alınır.