Bu gündən Azərbaycanın şəhər və rayonlarından yerüstü və hava nəqliyyatı ilə sərnişin daşımaları bərpa edilir.
“Yenigun.news”un məlumatına görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatında deyilir.
Qərara əsasən, saat 06:00-dan ölkənin şəhər və rayonlarından yerüstü və hava nəqliyyatı ilə sərnişin daşımaları bərpa edilir.
Regionlararası ictimai nəqliyyatda maska taxmaq, məsafə saxlamaq və dezinfeksiya tədbirləri tələb olunacaq.