Suriyadan atılan raketlər Türkiyənin Kilis rayonuna düşüb.
Yenigun.news xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilib ki, YPG/PKK terror təşkilatının nəzarət etdiyi Tell-Rıfat bölgəsindən atılan iki raket Kilisə düşüb. Hadisə zamanı insan tələfatı qeydə alınmayıb, xəsarət alan olmayıb. Raketlər boş əraziyə düşüb və hər hansı ziyan vurmayıb.
Raketlərin zərərsizləşdirilməsi üçün bölgəyə mütəxəssislər cəlb edilib.