• Ç. Noy 27th, 2024

Tarixi səfər və mühüm əməkdaşlıq istiqaməti

ByVuqar Ferzeliyev

Apr 5, 2024

Cari ilin 4 aprel tarixində Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso Azərbaycana rəsmi səfər etmişdir. Səfər zamanı Azərbaycan-Konqo sənədləri imzalanmışdır. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Konqo Milli Neft Şirkəti arasında təlim haqqında Anlaşma Memorandumu”nun, “Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Konqo Milli Neft Şirkəti arasında “Congolaise de Raffinage” neft emalı zavodunun təkmilləşdirilməsi və genişləndirilməsi haqqında Şərtlər Razılığı”nın, “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Konqo Respublikasının Ətraf Mühit, Davamlı İnkişaf və Konqo Hövzəsi Nazirliyi arasında ətraf mühit, təbii sərvətlərin davamlı idarə olunması və iqlim dəyişmələri üzrə əməkdaşlıq sahəsində Niyyət Protokolu”nun imzalanması bu və digər sahələrdə əməkdaşlığın şaxələndirilməsində mühüm sənədlərdir.

Səfər çərçivəsində eyni zamanda, təhsil, mədəniyyət və digər sahələrdəki əməkdaşlıq imkanlarını da müzakirə edilib. İmzalanmış Əməkdaşlıq haqqında Bəyannamə münasibətlərimizin gözəl təməlidir. Bu, çox önəmli və sanballı bir sənəddir, bizim əməkdaşlığımızın perspektivlərini müəyyən edəcək.

Prezident İlham Əliyevin bu tarixi səfərlə əlaqədar mətbuata verdiyi bəyanatında deyildiyi kimi, bizim siyasi əlaqələrimizin bundan sonra uğurla inkişaf edəcəyinə heç kimdə şübhə yoxdur.

Daha dəqiq desək, Konqo Prezidentinin Azərbaycana səfəri ölkəmizin sərgilədyi sülhsevər və hələ də bəzi ölkələrin əsarəti altında olan xalqlara azadlıq tələb edən siyasətinin nəticəsidir. Azərbaycanın Qoşulmama Hərəkatı çərçivəsində uğurlu fəaliyyətinin nəticəsidir ki, ölkəmizin dünyanın müxtəlif bölgələri, o cümlədən də Afrika qitəsi ölkələri ilə əlaqələri inkişaf edir.

        Bir daha razılıqla qeyd etmək olar ki, Azərbaycanın 30 illik müstəqillik dövründə əldə etdiyi uğurlar Afrika ölkələri tərəfindən maraqla qarşılanır. Azərbaycanın bu sülhsevər siyasəti hər zaman şərə xidmət edən və qanlı müharibələrin yaranması əsas rollardan birini oynayan, xüsusilə də Afrikada hələ də müstəmləkəçilik siyasəti yürüdən Fransanı razı salmır. Ona görə də Fransa ölkəmizə qarşı hücumlar təşkil edir. Lakin bu cəhdlər əbəsdir və Fransanın özünün əleyhinə işləyir. O dərəcədə əleyhinə ki, artıq Afrikadakı Fransa əsarəti altında olan ölkələr Parisin hegemoniyasına son qoyulması üçün ayağa qalxıblar. Ən əsası isə onların bu mübarizədə ümid yeri kimi baxdığı məhz Azərbaycandır.   

Varid Əsgərov,

Cəlilabad Rayon İcra Hakimiyyətinin əməkdaşı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir