İngilis rəssam Saşa Cəfrinin çəkdiyi dünyanın ən böyük kətan rəsm əsəri 62 milyon dollara satılıb.
Yenigun.news xəbər verir ki, Guinness Rekordlar Kitabına düşən bu əsər Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən hərracda satılıb.
Bildirək ki, rəsm 70 fərqli parçadan ibarətdir, ölçüsü 17 min kvadratmetrdir, hazırlanması isə 7 aya başa çatıb.