• C. Dek 13th, 2024

Altı ay əvvəl təyin edildiyi vəzifəsindən çıxarıldı

ByYenigun.news

Mar 20, 2021

Bakının Suraxanı Rayon Polis İdarəsinə altı ay öncə rəis müavini təyin edilən polkovnik Famil Vəliyev bu vəzifəsindən çıxarılıb.

Yenigun.news xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə İdarənin əməliyyat işləri üzrə rəis müavini Vəliyev Famil Adil oğlu vəzifəsindən çıxarılaraq Nizami RPİ-də eyni statusda xidmətə göndərilib.

F.Vəliyev daha əvvəl Xəzər RPİ-də müavin olub, 2020-ci ilin sentyabr ayında Suraxanıya təyin edilib.

Dekabr ayında İdarəyə rəis təyin edilən Süleyman Nemətovun istəyi ilə RPİ-də keçirilən kompleks yoxlamadan sonra 30-a yaxın məsul şəxs pozuntulara görə işdən çıxarılmışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir