• Bz. Okt 13th, 2024

ABŞ bu ölkəyə 300 milyon dollar yardım verəcək

ByYenigun.news

Apr 22, 2021

ABŞ Əfqanıstana 300 milyon dollar əlavə mülki yardımlar edəcək.

“Yenigun.news” xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken yazılı açıqlama yayıb.

Blinken bildirib ki, ölkəsinin Kabilə dəstəyi davam edəcək:

“Əfqanıstan xalqına dəstək və investisiya vədimizin bir parçası olaraq 2021-ci ildə ABŞ Xarici İşlər Nazirliyi və ABŞ Beynəlxalq İnkişaf Agentliyindən Əfqanıstana 300 milyon dollarlıq əlaqə mülki yardım edilməsi üçün Konqreslə işləyirik”.

Onun sözlərinə görə, bu yardımlar Əfqanıstan xalqına göstərilən mülki xidmətlərin təkmilləşdirilməsi üçün istifadə olunacaq:

“ABŞ əsgərlərini çəkməyə başlayarkən Əfqanıstanda daimi və ədalətli bir sülh, əfqan xalqı üçün daha parlaq bir gələcək tımin etmək məqsədilə mülki və iqtisadi yardımlar göstərəcəyik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir