Millimizin DÇ-2022-nin seçmə mərhələsinin ilk turunda Portuqaliya ilə keçirəcəyi oyuna saatlar qalmış AVRO-2020-nin rəsmi səhifəsi paylaşımı ilə diqqət çəkib.
Yenigun.news offsideplus.az-a istinadla xəbər verir ki, turnirin rəsmi “instagram” hesabının “hekayə” bölməsində Portuqaliyanın kapitanı Kriştiano Ronaldonun şəkli paylaşılıb və izləyicilər arasında sorğu təşkil edilib.
Belə ki, AVRO-2020 izləyicilərindən Ronaldonun bu gün Azərbaycanın qapısına neçə qol vuracağını soruşub.
Həmin fotonu təqdim edirik:
![](https://cdn.demokrat.az/uploadedfiles/custom/2021/3/24/1/53fe5394-3d77-463f-a2d0-e78c588ea62a/ronaldo-neceqol.jpg)