• Ca. Apr 18th, 2024

AZƏRBAYCANIN İNKİŞAFI REGİONUN
İNKİŞAFI ÜÇÜN REAL ZƏMİNDİR

ByYenigun.news

Apr 29, 2021

Azərbaycan Prezidenti İlham Əliyevin BMT-nin Asiya və Sakit okean üçün İqtisadi və Sosial Komissiyasının “Asiya və Sakit okean hövzəsində regional əməkdaşlıq vasitəsilə böhranlardan sonra daha güclü inkişafın təmin olunması” mövzusuna həsr edilən 77-ci sessiyasında videoformatda çıxışında qeyd etdiyi kimi, hazırda qarşıda işğaldan azad olunmuş ərazilərdə tamamilə dağıdılmış şəhər və kəndlərin, bütün mədəni və dini abidələrin bərpası kimi nəhəng vəzifə dayanır. Yenidənqurma prosesi çərçivəsində “ağıllı şəhər”, “ağıllı kənd” və “yaşıl enerji” konsepsiyalarından istifadə olunacaq. İşğaldan azad olunmuş ərazilər rəsmi İrəvanın vandalizm siyasətinin sübutudur. Özü də bu dağıntılar müharibədən sonra baş vermişdir. Müharibə dövründə – birinci Qarabağ müharibəsi dövründə bu qədər dağıntılar olmamışdır, ola da bilməzdi. Məhz işğal dövründə mənfur düşmən bizim şəhərlərimizi bu hala salıb.

Prezident deyib ki, azad olunmuş ərazilərin minalardan təmizlənməsi ən vacib məsələlərdən biridir və hazırda bu sahədə işlər davam etdirilir. Lakin ermənistan minalanmış ərazilərin xəritəsini verməkdən hələ də imtina edir və bu, işğalçı dölətin iç üzünü açıb göstərir. Lakin, ölkə rəhbərimiz qəsbkar Ermənistanın siyasətini və liderlərini baş verə biləcək mənfi halların nəticələri haqqında xəbərdar etməkdən çəkinmir. Bu gün də Ermənistanda revanşist qüvvələr baş qaldırmağa, Azərbaycanı növbəti təxribatlarla, növbəti müharibə ilə hədələməyə çalışırlar. Prezident İlham Əliyev bu barədə bildirib ki, biz hər şeyə nəzarət edirik və heç vaxt imkan verə bilmərik ki, erməni faşizmi bir daha başını qaldırsın. Biz erməni faşizmini məhv etmişik. Buna baxmayaraq, “Böyük Qayıdış”a artıq start verilib. İşlər sürətlə aparılır. Prezident qeyd edib ki, bu, çox böyük həcmli bir işdir. Dörd Lüksemburq boyda ərazini biz sıfırdan tikməliyik, qurmalıyıq. Çünki mənfur düşmən torpaqlarda hər şeyi, bütün binaları dağıdıb. İndi bunu bütün xarici qonaqlar da görürlər. İşğal dövründə Azərbaycanın bütün şəhər və kəndləri yerlə-yeksan edilmişdir. Xarici mütəxəssislər Ağdam şəhərini “Qafqazın Hirosiması” adlandırırlar. Biz bu müharibədə təkcə öz ərazi bütövlüyümüzü bərpa etməmişik, həm də erməni faşizmini məhv etmişik. Bu, bizim təkcə Azərbaycan xalqı qarşısında yox, dünya qarşısında tarixi missiyamızdır. Bu gün Ermənistanda bilməlidirlər ki, onların başı lazım olarsa, istənilən zaman əziləcəkdir. Biz imkan verə bilmərik ki, erməni faşizmi yenə baş qaldırsın. Biz imkan verə bilmərik, Ermənistan yenə də öz ordusunu o vəziyyətə gətirib çatdırsın ki, bizə hansısa bir təhdid olsun. Bununla paralel olaraq, biz əməkdaşlığa da hazırıq, baxmayaraq ki, Ermənistan azərbaycanlılara qarşı dövlət səviyyəsində soyqırımı törətmişdir. Baxmayaraq ki, bizim bütün tarixi, dini abidələrimiz dağıdılıb, biz gələcəyə baxmalıyıq və əlbəttə ki, erməni vəhşiliyini heç vaxt unutmayacağıq.

Anar Sadatov, Cəlilabad Rayon İcra Hakimiyyətinin baş məsləhətçisi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir