• Ç. Dek 7th, 2022

FERMERLƏR RAZILIQ EDİRLƏR

ByYenigun.news

Apr 22, 2021

Fermerlərə verilən subsidiya qaydalarındakı dəyişiklik və səyyar gübrə satışının aparılması Cəlilabadın kənd təsərrüfatında çalışan fermerlərinin işini xeyli asanlaşdırır. Həmin dəyişikliklərə əsasən, fermerlər aldıqları biohumusun və gübrənin tam dəyərini “Fermer kartı”nın nağdlaşdırılmayan hissəsindəki vəsait hesabına ödəyə bilirlər. Fermerlər taxıl əkinlərinə əsasən ammonium nitrat gübrəsi verirlər. Əvvəllər qiyməti 26 manat 67 qəpik olan bu gübrənin 8 manatı fermer tərəfindən, 18 manat 67 qəpiyi isə dövlət büdcəsi hesabına ödənilirdi. İndi isə tam dəyəri dövlət büdcəsi hesabına “Fermer kartı” vasitəsilə ödənilir. Bundan başqa, “Aqroservis” əməkdaşları kəndlərə və qəsəbələrə gedərək fermer və sahibkarların tələbatlarına uyğun mövsümi gübrələrin satışını həyata keçirir, əksər hallarda mineral gübrələrin fermerin ünvanına kimi ödənişsiz çatdırılmasını təmin edirlər. Subsidiya qaydalarındakı dəyişiklik və səyyar gübrə satışının aparılması rayonda fəaliyyət göstərən torpaq sahibləri tərəfindən razılıqla qarşılanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir