• C. Apr 19th, 2024

Rusiyanın bir neçə şəhərindən Azərbaycana uçuşlar dayandırıldı

ByYenigun.news

Mar 25, 2021

Rusiyanın Federal Hava Nəqliyyat Agentliyi (Rosaviasiya) Rusiyanın beş şəhərindən Azərbaycana uçuşlar üçün icazəni ləğv edib.

Yenigun.news xəbər verir ki, bu barədə qurumun rəsmi saytında məlumat verilib.

Qeyd olunub ki, martın 23-də keçirilən iclasdan sonra Federal Hava Nəqliyyatı Agentliyi Azərbaycana uçuşlar üçün “İjavia” aviaşirkətinə verilmiş icazənin ləğvi barədə qərar qəbul edib. Qərarın hava nəqliyyatı şirkətinin ərizəsi əsasında verildiyi bildirilib. İcazəsi ləğv olunan aviareyslər bunlardır: Həştərxan-Bakı, Volqoqrad-Bakı, Ulyanovsk-Bakı, Rostov-na-Donu-Bakı. 

Bundan əlavə, qurum, “Red Wings” aviaşirkətinin Krasnoyarsk-Bakı reysinə olan icazəni də ləğv edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir