• C. Apr 19th, 2024

Türkiyədə bütöv bir kənd yanır – Fotolar+Video

ByYenigun.news

Mar 17, 2021

Türkiyənin Artvin vilayətinin Yusufeli rayonunun Dərəiçi kəndində bir evdə başlayan yanğın ətrafa yayılıb.

Yenigun.news xarici KİV-ə istinadən xəbər verir ki, yanğın hazırda 50 evi əhatə edir.

Yanğınla bağlı ölkənin daxili işlər nazirinin köməkçisi İsmail Çataklı açıqlama yayıb:

“170 evli Dərəiçi kəndində başlayan yanğın digər evlərə də sıçrayıb”.

Artvin valiliyi ilə yanğının kəndin böyük hissəsini təhdid edən ölçüdə olduğunu  bildirib və bunu fəlakət adlandırıb.

Hadisə yerinə çox sayda yanğınsöndürən cəlb edilib. Yanğınsöndürən helikopter tələb olunub.

Hazırda bu istiqamətdə iş aparılır. İnsan tələfatı yoxdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir