• Şb. May 18th, 2024

TƏBİB: Aprel ayından yoluxma 10 faizdən aşağı düşüb

ByYenigun.news

May 25, 2021

“Azərbaycanda yoluxanların sayının azalmasına baxmayaraq, ölüm hallarına hələ də rast gəlinir”.

Yenigun.news xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın mayın 25-də keçirilən brifinqində çıxışı zamanı deyib.

TƏBİB rəsmisi qeyd edib ki, aprel ayından yoluxma 10 faizdən aşağı düşüb: “İl ərzində olduğu kimi qadınlar arasında yoluxma daha çoxdur. Bir il ərzində yaş qrupları arasında ciddi dəyişiklər olmayıb. 30-69 yaş arası qruplarda yoluxma daha çox rast gəlinir. Yoluxmalar Bakı, Abşeron və Sumqayıtda qeydə alınıb”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir