• C. Apr 19th, 2024

YARANMIŞ YENİ ŞƏRAİTDƏ YENİ YANAŞMALAR LABÜDDÜR

ByYenigun.news

May 26, 2021

Nizami Gəncəvi Beynəlxalq Mərkəzini pandemiya dövründə çox yaxşı fəaliyyətinə görə təbrik edən dövlətimizin başçısı deyib: “Mərkəz yeni şəraitə özünü çox müdrik formada uyğunlaşdırdı. Pandemiya ilə bağlı vəziyyətdən asılı olmayaraq, öz fəaliyyətini yeni formada davam etdirdi. Eyni zamanda, bu fəal işin aparıldığı səkkiz il ərzində Mərkəz dünyada aparıcı beynəlxalq təsisatlardan birinə çevrilmişdir. Onun geniş fəaliyyəti, əslində, dünyada sülh, əməkdaşlıq, təhlükəsizlik və sabitlik işinə xidmət edir. Mərkəzin üzvləri ölkələrinə, yaxud beynəlxalq təşkilatlara uzun illər rəhbərlik etmiş məşhur dünya siyasətçiləridir. Sizin təcrübəniz həqiqətən unikaldır. Bir sözlə, bu cür təcrübənin bir araya toplanması, hesab edirəm ki, bugünkü dünyada nadir hadisədir”.
Bu, çox heyrətamiz dialoq idi. Mən hətta deyə bilərəm ki, burada iştirak edən ölkələrin coğrafi əhatə dairəsi baxımdan tarixi bir dialoq idi. Yaxın keçmişdə onların tutduğu yüksək səviyyəli vəzifələri nəzərə alaraq bunu söyləmək olar. Ən çox da açıq-aydınlığı, bizim üçün faydalı ola biləcək informasiyanın zənginliyi ilə seçilən cavablarınız cəhətdən bunu görmək olar.

   Dövlətimizin başçısı İlham Əliyevin çıxışlarına, müzakirələrdə iştirakına dünya mediasında, siyasi dairələrdə maraq onu deməyə əsas verir ki, yeni informasiya strategiyası ölkədə, regionda və dünyada baş verən mühüm proseslərə dair Azərbaycanın mövqeyini və müvafiq mesajları daha effektiv şəkildə beynəlxalq ictimaiyyətə çatdırmaq imkanı verir. Ölkə Prezidenti heç bir sualdan yayınmır, bütün məsələlərə mahiyyəti üzrə aydınlıq gətirir, onlara sistemli yanaşma nümayiş etdirir, məntiqlə və əhatəli şəkildə təhlil edir. Cənab İlham Əliyev sualları cavablandırarkən bir daha bu reallığı diqqətə çatdırmışdır ki, müharibə vaxtı baş verənlər ədalətin, beynəlxalq hüququn qələbəsi və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsi idi. Ortaya çıxan «Onlar ilk növbədə, nə etməlidir» sualına cavab Azərbaycanı iblisləşdirməyə son qoymalıdırlar: «İkincisi, onlar qisas almaq üçün hətta sözdə olsa belə, hər hansı cəhddən tamamilə çəkinməlidirlər. Əfsuslar olsun ki, Ermənistan siyasi dairələrində bu revanşist hisslər geniş yayılıb. Hazırda onlar parlament seçkiləri ərəfəsindədirlər. Biz gərginliyin yüksəldiyini görürük və bir-birini aradan qaldırmağa hazır olan bütün siyasi qüvvələri birləşdirən yeganə amil azərbaycanofobiyadır. Onlar tamamilə əks təsir göstərən, Ermənistanın həqiqətən də müstəqil olmasına imkan verməyən bu siyasəti davam etdirirlər.
   İnanırıq ki, qarşıda duran çətin və son dərəcə şərəfli vəzifələrin öhdəsindən uğurla gəlmək üçün yaşadığı yerdən, yaşından, cinsindən, təhsilindən, maddi imkanından asılı olmayaraq, hər bir azərbaycanlı işğaldan azad edilmiş ərazilərdə quruculuq işlərinin aparılmasına dəstək göstərəcək və dirçəliş tariximizə öz layiqli töhfəsini verəcək. Onların bütün potensialının tikinti-quruculuq və abadlıq işlərinə səfərbər edilməsi ölkəmizin inkişafında əvəzedilməz rol oynamaqla xalqımızın birliyinin növbəti təzahürü olacaq.

Samirə Əmrahova, Göytəpə şəhər sakini, müəllim

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir