• Şb. Apr 27th, 2024

Bəşəriyyətin mənəvi dəyəri

ByVuqar Ferzeliyev

Mar 18, 2024

 Xalqımızın ən əziz bayramlarından biri də Novruz bayramıdır. Ulu babalarımızın mənəvi aləmini nümayiş etdirən Novruz milli bayramımız sayılır. Novruz öz gəlişi ilə elimizə-obamıza yeni şadlıq və sevinc gətirir.Hər kəs bu bayramı yüksək təntənə ilə qarşılamağa çhazırlaşır.Xalqımız Novruz adət-ənələrinə daim sadiqdir. Bu adət-ənənələr müqəddəs ərməğan kimi daim yaşadılır və gələcək nəslə ən gözəl töhfə kimi ötürülür. Novruz bayramı təbiətin və insanlığın qələbəsinə inamının əsl bayramıdır. Bu ənənəvi bayram kütləvi xalq bayramı sayılır. Novruz bayramı təmizlik, saflıq bayramıdır. Artıq Novruz bayramına bir ay qalmış adamlar dörd çərşənbə axşamını qeyd edirlər. Bu çərşənbələrin dördü də insanların yaşaması,bütün həyatın varlığı üçün vacib olan dörd ünsürdən birinə od, torpaq, su və havaya (yelə) həsr olunur. Bu da Novruzun dünyanın ən qədim, ən müdrik bayramlarından biri olduğunugöstərir. Novruz bütün türk dünyasına xas olan bayramdır. Azərbaycanda daha möhtəşəm qeyd olunur. Azərbaycana rəhbərliyinin birinci dövründə Ulu Öndər Heydər Əliyev sovet hakimiyyətinin qoyduğu qadağalarına baxmayaraq, hər zaman milli ruhun yüksəlişinə təkan verən amillərə xüsusilə yanaşırdı. Müstəqillik dövründə isə Ulu Öndər hər il qədim milli bayramımız olan Novruz bayramında da əhali ilə bayramlaşmağa çıxardı. Xalqımızın Novruza olan sevinclərindən zövq alardı. Ulu Öndər Heydər Əliyev  milli adət-ənənələrimizə, Novruz bayramına hər zaman yüksək qiymət vermişdir. Ümummilli lider Novruz bayramı haqqında söyləmişdir: “Novruz xalqımızın əsrlərdən bəri qoruyub saxladığı və bütün dövrlərdə həmişə əziz tutduğu bayramlardan biri sayılır.Onun tarixi də Azərbaycan xalqının tarixi kimi keşməkeşli, enişli-yoxuşlu olmuşdur. Bu qədim bayramın müstəqil respublikamızda dövlət səviyyəsində qeyd edilməsi öz milli köklərimizə, adət-ənənələrimizə, tarixi keçmişimizə dərin ehtiram bəslədiyimizi vəsarsılmaz tellərlə bağlı olduğumuzu nümayiş etdirir”.Ulu Öndərin hər Novruz bayramında bayram təbriklərini xalqa çatdırması insanlarda xoş ovqat yaradırdı. Bu dahi insanın bayram şənliklərində iştirakı, Kosa ilə yumurta döyüşdürməsi,Bahar qızı ilə söhbətləri Novruz tədbirlərini daha da şənləndirirdi. Bu adət-ənənələri  Ulu öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı olan cənab Prezident İlham Əliyev layiqincə davam etdirir. Dövlətimizin başçısı Novruzu milli-mənəvi dəyərlərimizin təcəssümü adlandırır. Prezident cənab İlham Əliyevin hər il bayram şənliklərinə qatılması, əhali ilə bayramlaşması, Novruz tonqalını alovlandırması bayram ovqatını daha da artırır. “Novruz gələcəyə inam hissi aşılayır, könüllərdə ən ali duyğuları oyadır, insanları daha xeyirxah, mərhəmətli və mehriban olmağa çağırır”,– deyən Prezident İlham Əliyev Novruzun insanlarda qurub-yaratmaq əzmi aşılayan bayram olduğunu çıxışlarında daim ifadə edir. Novruz bayramı zamanı dünyadan köçənlərdə də yad edilir. Vətən uğrunda canını fəda edənlərin uyuduğu torpaqlardan insan axınının ayağı kəsilmir. Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçən və haqqın dərgahına qovuşan qəhrəman oğullarımıza rəhmət diləyir, onların əziz xatirəsini ehtiramla anırıq. Bu əziz günlərdə heç birimiz onları yad etməyi unutmamalıyıq.  44 günlük Vətən Müharibəsində qazandığımız Qələbə yurdumuza əbədi bahar gətirdi. Bu Qələbə bizi bütün dünyaya məğrur bir millət kimi tanıtdırdı. Bu Zəfəri bizə bəxş edən müzəffər Ordumuza, Ali Baş Komandan cənab İlham Əliyevə,and yerimiz olan şəhidlərimizə, düşmənlə hər döyüşdə qəhrəmanlıq səlnaməsi yazan əsgər və qazilərimizə borcluyuq. Arzu edirəm ki, sevinc və fərəhimiz hər zaman daimi olsun!

Soltanova Zahidə

Saatlı Dövlət Rəsm Qalereyasının əməkdaşı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir