• Şb. May 4th, 2024

Fədəkar mövqe.

ByVuqar Ferzeliyev

Apr 25, 2024

   Heydər Əliyevin həyat və fəaliyyətində Sovet İttifaqının ali hakimiyyətində yüksək partiya və dövlət vəzifəsi tutduğu dövrlər xüsusi bir önəmə malikdir.

   Dövrünün nəhəng logistika layihəsi olaraq ərsəyə gələn Baykal-Amur Magistralı (BAM) əslində insan fədakarlığının nümunədir. Azərbaycandan çox uzaqda yerləşməyinə baxmayaraq bu dəmiryolu marşrutunun reallaşmasında azərbaycanlıların da çox böyük əməyləri olmuşdur. Magistralın tikintisi ilə bağlı qərar 1974-cü ildə qəbul edildiyi zaman Sovet İttifaqının tərkibinə daxil olan Azərbaycandan da minlərlə gənc BAM-ın tikintisinə cəlb olunmuşdur. BAM-ın gerçəkləşməsində xüsusi xidmətləri olan bir azərbaycanlı da var idi ki, bu şəxs məhz ulu öndər Heydər Əliyev idi.

   Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətində Sovet İttifaqının ali hakimiyyətində yüksək partiya və dövlət vəzifəsi olduğu dövr xüsusi bir yer tutur. 1982-ci ildə onun Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin siyasi bürosunun üzvü, SSRİ nazirlər soveti sədrinin birinci müavini vəzifəsinə irəli çəkilməsi bu vaxta qədər göstərdiyi fəaliyyətin və əldə etdiyi uğurların hamı tərəfindən, o cümlədən partiya və dövlət rəhbərləri tərəfindən etiraf edilməsi demək idi. Heydər Əliyevin Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin siyasi bürosunun üzvü, SSRİ nazirlər soveti sədrinin birinci müavini təyin edildikdə Sovetlər Birliyinin 20-dən çox nazirliyi onun rəhbərliyi altına keçdi. Nazirlər sovetinin ən nüfuzlu üzvlərindən biri kimi Heydər Əliyevə bütün sahələrdə böhran yaşayan Sovet dövlətinin ən ağır və məsuliyyətli istiqamətləri tapşırılmışdı. BAM miqyasına və əhəmiyyətinə görə elə bir böyük layihə idi ki, həmin layihənin əsasında bu gün nəinki Rusiyanın, materikin dəmiryolu nəqliyyatının gələcək strategiyası inkişaf etməkdədir.

Rauf Salmanov

Saatlı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı                  

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir