• Bz. May 19th, 2024

Mədəniyyətlərarası dialoq Azərbaycanda güclü şəkildə təşviq edilir

ByVuqar Ferzeliyev

May 6, 2024

V Forumun keçirildiyi 2019-cu ildən bizləri beşillik zaman ayırır. “2019-cu ildə Bakıda görüşümüzdən sonra əfsuslar olsun ki, dünya təhlükəsiz olmayıb”, – söyləyən Prezident İlham Əliyev bildirdi ki, biz yeni münaqişələri, yeni qeyri-sabitlik məkanlarını və yeni təhdidləri görürük. Belə bir əminlik də ifadə olundu ki, Forum çərçivəsində yeni ideyalar və yanaşmalar formalaşacaq ki, qlobal gündəlikdə olan məsələlərə ən təxirəsalınmaz həll variantları tapılsın. Ümumilikdə I Dialoq Forumunun ilk dəfə Bakıda 2011-ci ildə keçirildiyini nəzərə alsaq, ötən 13 ildə Azərbaycanın bütün sahələrdə qazandığı uğurların miqyasının olduqca böyük olduğunu təsəvvürümüzdə canlandıra bilərik. Təkcə sonuncu tədbirdən keçən 5 ildə cərəyan edən hadisələr Azərbaycanın qlobal gücə çevrildiyini sübut edir. Bu dövrdə Azərbaycan tarixi Zəfərə imza atdı, ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi. Prezident İlham Əliyev bu məqamı da xüsusi qeyd etdi ki, Azərbaycan sülhü müharibə vasitəsilə təmin etdi.

Azərbaycan ən yüksək tribunalardan bəyan etdi ki, BMT qətnamələrinin icrası üçün vahid mexanizmin müəyyənləşdirilməsi əsas tələblərdəndir. Bəzi hallarda bu qətnamələr 1-2 saat ərzində icra edilir, amma Azərbaycana gəldikdə 28 il gözlədik. Bu qətnamələrin hazırlanmasında və qəbulunda iştirak edən dövlətlər, ən əsası hazırda tarixin arxivinə atılmış ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri bu sənədlərin icrasına səy göstərmədilər, hətta, Ermənistana açıq-aşkar dəstəkləri ilə diqqətdə oldular. İndi isə müsbət tendensiyaya və sülhə doğru gedirik. Sərhədlərin nəinki delimitasiyası, hətta demarkasiyası başlayıb. Buna iki ölkə tərəfindən hər hansı bir vasitəçi olmadan nail olunub.

Bəylər Əliyev

Saatlı rayon Mədəniyyət Mərkəzinin direktoru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir