• C. Apr 19th, 2024

RƏSMİ İRƏVAN HƏRBİ CİNAYƏTLƏR TÖRƏDİB

ByYenigun.news

Avq 30, 2021

Bütün dünya bilir ki, müharibə dövründə Ermənistan döyüş meydanında bizə qarşı müqavimət göstərə bilmədiyi halda mülki əhalini atəşə tutub, hərbi cinayətlər törədib, qadağan edilmiş silahlardan, o cümlədən ağ fosforlu bombalardan istifadə edib. Bu, artıq sübut olunub. Uzaqmənzilli ballistik raketlərdən istifadə edib və bunun nəticəsində 100-dən çox mülki şəxs həlak olub və minlərlə fərdi ev və fərdi sahibkarlıq obyekti dağıdılıb.
Dövlət başçısı bildirib ki, şəhidlərin sayı daha çox ola bilərdi. Əgər biz əməliyyatları planlaşdıranda bu amili nəzərə almasaydıq. Ona görə Ermənistan ordusu ilə müqayisədə bizdə itkilər kifayət qədər azdır. Düzdür, Ermənistan öz itkilərini gizlədir. Ancaq bizdə olan dəqiq məlumata görə ən azı 7-8 min itki vermişdir. Təkcə azad edilmiş torpaqlarda bu günə qədər davam edən axtarış əməliyyatları nəticəsində 1600-dən çox erməni işğalçının cəsədi tapılmışdır. Burada da Azərbaycan humanistlik göstərir. Birinci Qarabağ müharibəsindən sonra bizim təxminən 4 minə yaxın itkin düşmüş insanımız olmuşdur. Ermənilər onların nəşini bizə qaytarmadılar. Ancaq biz yenə də humanizmin ən ülvi əlamətlərini, prinsiplərini rəhbər tutaraq bu işi də görürük. Biz bütün əməliyyatları planlaşdıranda əməliyyatların gedişatını izləyirdik, canlı rejimdə izləyirdik. Biz bilirik ki, düşmən ən azı 7-8 min itki verib. Azərbaycan isə 3 minədək şəhid verib. Nəzərə alsaq ki, biz əks hücum əməliyyatı keçirirdik. Nəzərə alsaq ki, 5-6 müdafiə xətti var, böyük mühəndis istehkamları var idi, təbii relyef bizim üçün əlverişsiz idi. Anlamaq olar ki, biz insanların sağlamlığını, həyatda qalmasını nə qədər düşünürdük və buna nail olduq.

   Azərbaycan Prezidenti bildirib ki, delimitasiya işləri ilə bağlı indi beynəlxalq təşkilatlar da müsbət reaksiya verirlər. Əgər Ermənistan bunu etmək istəmirsə, özü bilər, ancaq yaxşı fikirləşsinlər, sonra gec ola bilər. Necə ki, vaxtilə əgər öz xoşları ilə bizim torpaqlarımızdan çıxsaydılar, bu qədər rəzil duruma düşməzdilər. “Bizim bu təklifimiz qalib ölkənin təklifidir, güclü tərəfin təklifidir, müzəffər xalqın təklifidir. Əgər buna Ermənistanda mənfi reaksiya varsa, bunu da özləri bilərlər. Amma yenə də deyirəm, yenə də peşman olacaqlar. Biz isə bundan sonra ancaq və ancaq irəli gedəcəyik. Biz bütün quruculuq işlərimizlə bağlı planları sistemli şəkildə həyata keçiririk və artıq quruculuq işlərinə start verilib. Biz, dediyim kimi, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. İnsanlar ora qayıdacaq, öz dədə-baba torpağında rahat yaşayacaqlar.
  Bəli, Azərbaycan sülh müqaviləsini imzalamağa hazırdır. Azərbaycan tərəfi bu istiqamətdə işlərin başlanmasına hazırdır. Ancaq Ermənistan tərəfindən buna rəsmi reaksiya yoxdur. Müharibə ərəfəsində və müharibə dövründə Ermənistan tərəfi böyük səhvlər buraxıb, hərbi cinayətlər törədib. Sülh müqaviləsi ilə bağlı olan təklifimiz yeni real vəziyyətə əsaslanır. Hesab edirik ki, məsələ həll olunub, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi olmalıdır. Bir-birinin ərazi bütövlüyünün tanınması olmalıdır, sərhədlərin tanınması olmalıdır.

Maşalla Əliyev, Qazi, Birinci Qarabağ müharibəsi veteranı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir