• Ca. Okt 3rd, 2024

Lavrovla Qrandinin Moskvada görüşü olacaq

ByYenigun.news

İyn 23, 2021

Rusiyanın xarici işlər naziri Sergey Lavrov iyunun 28-də Moskvada BMT-nin qaçqınların işləri üzrə Baş komissarı Filippo Qrandi ilə görüşəcək.

“Yenigun.news” xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

O  bildirib ki, görüş zamanı BMT QAK-ın qaçqın və məcburi köçkünlərin Qarabağa qayıtması prosesinə qoşulması məsələsi, pandemiya dövründə qaçqın və məcburi köçkünlər, eləcə də vətəndaşlığı olmayan şəxslərin müdafiəsi məsələləri müzakirə olunacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir