• Be. Okt 14th, 2024

Atletlərimiz Avropa çempionatında qızıl və gümüş medallar qazandı

ByYenigun.news

İyn 3, 2021

Polşanın Budqoş şəhərində keçirilən Açıq Avropa Çempionatında Azərbaycan Milli Paralimpiya Komitəsinin atletika idman növü üzrə idmançısı, T12 kateqoriyasında iştirak edən Səid Nəcəfzadə uzunluğa tullanma növündə 6.97 m nəticə göstərərək, yarışın qızıl medalını qazanıb.

Yenigun.news xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsi məlumat yayıb.

Milli Paralimpiya Komitəsinin atletika idman növü üzrə daha bir idmançısı, F57 kateqoriyasında iştirak edən Həmid Heydərli nizə atma növündə 43.49 m nəticə göstərərək, yarışın gümüş medalını qazanıb.

Beləliklə millimizin çempionatda qazandığı medalların sayı 3-ə çatıb. Daha öncə T11 kateqoriyasında iştirak edən Toğrul Hümbətov uzunluğa tullanma növündə 5.67 m nəticə göstərərək bürünc medal qazanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir