• C. İyl 19th, 2024

Azərbaycan avrokuboklara bu komandalarla qatılır

ByYenigun.news

May 24, 2021

Azərbaycanı avrokuboklarda təmsil edəcək bütün iştirakçılar müəyyənləşib.

Yenigun.news xəbər verir ki, bu, Azərbaycan kubokunun final matçından sonra dəqiqləşib. “Keşlə” həlledici matçda “Sumqayıt”a 2:1 hesabı ilə qalib gələrək Konfrans Liqasına (KL) vəsiqəni təmin edib.

Bundan əvvəl Premyer Liqanın qalibi “Neftçi”nin Çempionlar Liqasında, 2-ci “Qarabağ” və 3-cü olan “Sumqayıt”ın Konfrans Liqasında iştirak edəcəyi dəqiqləşmişdi.

Qeyd edək ki, ÇL-də 1-ci təsnifat mərhələsinin  ilk matçları 6-7 iyul, cavab görüşləri 12-14 iyul tarixlərində keçiriləcək. KL-ə isə iyulun 8-i birinci mərhələnin oyunları ilə start veriləcək. 2-ci mərhələdən yarışa başlayacaq Azərbaycan klublarının ilk oyunları 22 və 29 iyulda olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir