• Ca. Apr 25th, 2024

“Formula 2”: Bakıda ilk sprint yarışının qalibləri mükafatlandırıldı — YENİLƏNİB

ByYenigun.news

İyn 5, 2021

“Formula 2” üzrə Azərbaycan Qran-prisində ilk sprint yarışının qalibləri mükafatlandırılıb.

Yenigun.news
 xəbər verir ki, “Prema Racing” komandasından Robert Şvartsman fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

“Carlin”dən Daniel Tiktum ikinci, “Uni-Virtuosi Racing”dən Quan Qjou üçüncü yeri tutub.

Saat 13:00-da “Formula 1” pilotları üçüncü sərbəst yürüşə başlayacaq, 16:00-da isə sıralama turu olacaq. Saat 17:40-da isə “Formula 2″də ikinci sprint yarışı gerçəkləşəcək.

Qeyd edək ki, Azərbaycan Qran-prisi iyunun 6-da başa çatacaq.

***12:19

“Formula 2” üzrə Azərbaycan Qran-prisində ilk sprint yarışı başa çatıb.

Yenigun.news 
xəbər verir ki, “Prema Racing” komandasından Robert Şvartsman bütün rəqiblərini qabaqlayıb.

Saat 13:00-da “Formula 1” pilotları üçüncü sərbəst yürüşə başlayacaq, 16:00-da isə sıralama turu olacaq. Saat 17:40-da isə “Formula 2″də ikinci sprint yarışı gerçəkləşəcək.

Qeyd edək ki, Azərbaycan Qran-prisi iyunun 6-da başa çatacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir