• C. Apr 19th, 2024

Heydər Əliyev Mərkəzi üzərində AVRO-2020 iştirakçılarının görüntüləri — FOTO

ByYenigun.news

İyn 13, 2021

AVRO-2020-nin Bakıda keçirilən oyunlarının təbliğatı məqsədilə müxtəlif səpkili tədbirlər davam edir.

Bu barədə AFFA məlumat yayıb.

İyunun 12-də axşam saatlarında Heydər Əliyev Mərkəzinin üzərində işıq proyeksiyası vasitəsilə Avro-2020-nin A qrupunun Bakı Olimpiya Sradionunda (BOS) təşkil olunan qarşılaşmalarının iştirakçıları ilə bağlı görüntülər nümayiş etdirilib.

Xatırladaq ki, Avro-2020-nin A qrupu çərçivəsində ilk oyun Uels və İsveçrə milli komandaları arasında keçirilib və qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb.

BOS-da növbəti oyun iyunun 16-da olacaq. Saat 20:00-da Türkiyə və Uels milli komandaları qarşılaşacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir