• Ç. Okt 5th, 2022

Tokio Olimpiadası üçün Azərbaycanın rəsmi geyim forması hazırdır

ByYenigun.news

May 25, 2021

Azərbaycan nümayəndə heyətinin Tokio-2020 Yay Olimpiya Oyunları üçün nəzərdə tutulan rəsmi idman forması hazırdır.

Milli Olimpiya Komitəsinin (MOK) mətbuat xidmətinin verdiyi məlumata görə, adətən Olimpiya Oyunları ilə bağlı  rəsmi geyim formaları və bir sıra digər aksessuarlar ictimaiyyətə Oyunlara yaxın bir dövrdə nümayiş etdirilir.

MOK-un Marketinq şöbəsinin rəhbəri Mehman Kərimov belə bir nümayişin Azərbaycanın Olimpiya komandasının Oyunlara getməzdən öncə bütün iştirakçı federasiyalar və işturakçılarla birgə keçiriləcək xüsusi tədbirdə baş tutacağını bildirib. 

Qeyd edək ki, Tokio-2020 Yay Olimpiya Oyunlarının açılış mərasimi iyulun 23-ü və bağlanış mərasimi isə avqustun 8-də baş tutacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.