• Ca. Okt 3rd, 2024

Gürcüstan parlamentində insident baş verib

ByYenigun.news

İyl 18, 2021

Gürcüstan parlamentinin növbədənkənar sessiyasının plenar iclasında qarşıdurma baş verib.

“Report”un yerli bürosu xəbər verir ki, ölkənin daxili işlər naziri Vaxtanq Qomelaurinin iclas zalına daxil olması səs-küyə səbəb olub.

Nazir çıxışına vəfat edən “Pirveli” telekanalının operatoru Lekso Laşkaravanın ailəsinə başsağlığı verməklə başlayıb. Bu zaman müxalifət partiyalarının nümayəndələri əllərində operatorun fotoşəkilləri ilə tribunanın qarşısında dayanıblar. Onlar bildiriblər ki, media nümayəndəsinin ölümündə hökumət və DİN başçısı günahkardır. V.Qomelauri çıxışını dayandırmalı olub.

Parlament sədri Kaxa Kuçava müxalif deputatları nazirə çıxışını davam etdirməyə imkan verməyə çağırıb. İnsident səbəbindən iclada texniki fasilə elan edilib.

Qeyd edək ki, DİN başçısı parlamentə iyulun 5-6-da Tbilisidə cinsi azlıq əleydarlarının törətdikləri iğtişaşlarla bağlı çağırılıb. Qanunverici orqanın binası ətrafında əlavə polis qüvvələri cəlb olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir