• C. Apr 26th, 2024

Lavrov Yerevanda etirazla qarşılandı

ByYenigun.news

May 6, 2021

Ermənistanda Jirayr Sefilyanın “Milli Demokratik Qütb” hərəkatının Rusiya xarici işlər naziri Sergey Lavrovun Yerevan səfərinə qarşı etiraz aksiyası keçirilib.

“Yenigun.news” erməni mediasına istinadən xəbər verir ki, aksiyada təxminən 200 nəfər iştirak edib.

Ermənistanın Avropa Partiyasının lideri Tiqran Xzmalyan və onun tərəfdarlarından biri Yerevanda Rusiya səfirliyinin qarşısındakı aksiya zamanı saxlanılıb.

Etirazçılar Rusiyanın Ermənistanın suverenliyinə qarşı yönəlmiş siyasətini tənqid edən bəyanat səsləndiriblər. Onlar Lavrovun bu səfərinin də ölkənin suverenliyinə qarşı istiqamətləndiyini və arzuolunmaz olduğunu bildiriblər.

Qeyd edək ki, bui gün Sergey Lavrovun Yerevana ikigünlük rəsmi səfəri başlayıb. O, 10-11 may tarixlərində Azərbaycana gələcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir