• Ca. Okt 3rd, 2024

“NATO-nun bu addımları bizi narahat edir”

ByYenigun.news

İyn 23, 2021

“NATO Rusiya sərhədlərində hərbi potensialını artıraraq dialoqdan imtina edir”.

“Yenigun.news” xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Beynəlxalq təhlükəsizlik üzrə 9-cu Moskva Konfransında çıxış edərkən bildirib.

“Əlbəttə ki, NATO-nun Rusiya sərhədləri yaxınlığında hərbi gücünü və infrastrukturunu davamlı gücləndirməsi və ittifaqın gərginliyi azaltmaq və gözlənilməz hadisələr riskini azaltmaq üçün təkliflərimizi konstruktiv şəkildə nəzərdən keçirməsindən imtina etməsi bizi narahat etməyə bilməz”, – deyə Putin qeyd edib.

Xatırladaq ki, 23 iyun tarixində Ukraynada NATO-nun iştirakı ilə “Sea Breeze” adı altında indiyədək ən böyük beynəlxalq hərbi dəniz təliminin keçiriləcəyi açıqlanıb. Təlimdə 32 ölkədən 5 000 hərbi qulluqçu, həmçinin 32 gəmi, 40 təyyarə və 18 xüsusi əməliyyat və dalğıc qrupu iştirak edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir