• Ça. Apr 16th, 2024

Ermənistan ordusu Azərbaycana iki ədəd BM-21 “Qrad” “hədiyyə” etdi — FOTOLAR

ByYenigun.news

İyn 3, 2021

Azərbaycanın işğaldan azad edilmiş Cəbrayıl rayonu ərazisində iki ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi aşkar edilmişdir.

Bu barədə Caliber.Az-a hərbi dairələrdəki mənbələrdən məlumat verilib.

Qurğular mərmiləri birlikdə, atəşə hazır vəziyyətdə tapılıb. Döyüş meydanında düşmən tərəfindən tərk edilən silah çox yaxşı vəziyyətdə qalıb.

Aydındır ki, çaxnaşma içində geri çəkilən Ermənistan ordusu “Bayraktar”ın hədəfinə çevrilməmək üçün döyüş əməliyyatları zamanı onları ərazidən çıxartmağa cəsarət etməyib və gizlətməyə çalışıb.

“Qrad”ın yerləşdiyi ərazinin ətrafı minalanıb. Ancaq gizli olan hər şey gec-tez bəlli olur. Kiçik təmirdən sonra “Qrad”lar Azərbaycan Silahlı Qüvvələrinin istifadəsinə veriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir