Azərbaycan-Ermənistan dövlət sərhədinin demarkasiya və delimitasiyası çərçivəsində aparılan danışıqlar mayın 16-da davam etdiriləcək.
Yenigun.news xəbər verir ki, bu barədə News.am Ermənistan Müdafiə Nazirliyinə istinadla məlumat yayıb. Bildirilib ki, danışıqların saat 14:00-da davam etdirilməsi barədə razılıq əldə edilib.
Xatırladaq ki, Sünik (Zəngəzur) mahalının Xndzoresk icması yaxınlığında aparılan danışıqlar mayın 15-də nəticəsiz bitib.
Qeyd edək ki, Ermənistan mediası Azərbaycan Ordusunun dövlət sərhədinin demarkasiyası nəticəsində Gorus istiqamətində 3 kilometr irəlilədiyini yazır.
Bildirək ki, İşıqlı Qaragöl Laçın və Gorus rayonu arasında yerləşir, 1987-ci ilin 17 oktyabrında Azərbaycan və Ermənistan SSR-in birgə qərarı ilə yaradılmış Qaragöl Dövlət Təbiət Qoruğuna daxildir. Ermənistan Laçını işğal etdikdən sonra dövlət sərhədini irəli çəkib, indi Azərbaycan dövlət sərhədini bərpa edir.