• Be. May 6th, 2024

Bakıda Qırğızıstan mədəniyyət günlərinin açılış mərasimi keçirilib – FOTO

ByYenigun.news

Apr 24, 2024




Bakıda Qırğızıstan mədəniyyət günlərinin açılış mərasimi keçirilib.

“Report” xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən tədbir çərçivəsində Qırğızıstanın sənət nümunələrinin nümayiş etdirildiyi sərgi açılıb.

Sərgidə qırğız rəssamların əsərləri, müxtəlif fotoşəkillər, tarixi eksponatlar ziyarətçilərə təqdim edilib.

Mədəniyyət günləri çərçivəsində həmçinin, Qırğız xalqının milli geyimlərindən ibarət moda nümayişi, bu ölkənin milli mətbəxinin təamları ziyarətçilərə təqdim edilib, qonaqlar Qırğızıstanın xalq çalğı alətlərindən ibarət ansamblın müşayiəti ilə xalq musiqilərini dinləmək imkanı əldə ediblər.

Qeyd edilib ki, geyim nümunələrinin müəllifi modelyer-rəssam Dilbər Aşimbayevadır.

Qırğızıstan mədəniyyət günləri konsert proqramı ilə davam edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir