• Ça. May 21st, 2024

Erməni deputat: “Ermənistanın din xadimləri ölkəni yeni müharibəyə sürükləməyə çalışırlar”

ByYenigun.news

Apr 30, 2024




“Ermənistanın din xadimləri ölkəni yeni müharibəyə sürükləməyə çalışırlar”.

Ermənistan mediasının məlumatına görə, bunu aprelin 30-da parlamentdə jurnalistlərlə söhbətində hakim Vətəndaş Sazişi Partiyasının parlament fraksiyasının katibi Artur Ovannisyan deyib.

O, keşişlərin cəlb olunduğu prosesləri Ermənistan dövlətçiliyinə qarşı aparılan proseslər kimi dəyərləndirib.

“Din xadimləri xilaskarları dəvət etmək və yenidən üçüncü ölkələrin xidmət yerinə çevirmək üçün Ermənistanı müharibəyə sürükləməyə çalışırlar”, – deyə deputat vurğulayıb.

Artur Ovannisyan, həmçinin qeyd edib ki, delimitasiya və demarkasiya prosesi mümkün eskalasiya riskini azalda bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir