• Bz. May 5th, 2024

Erməni lobbisi və onların havadarlarından təxribat: Almaniyada etiraz aksiyası planlaşdırılır

ByYenigun.news

Apr 26, 2024




Azərbaycan Prezidenti İlham Əliyev Almaniyada işgüzar səfərdədir.

Dövlət başçısı Almaniya Kansleri Olaf Şoltsun dəvəti ilə aprelin 26-da keçiriləcək “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edəcək. Lakin Azərbaycan Prezidentinin Almaniyaya səfəri erməni diasporu və bəzi dairələrin ürəyincə olmayıb.

APA xəbər verir ki, erməni lobbisi və onların havadarları Prezident İlham Əliyevin Almaniyaya səfəri zamanı təxribat xarakterli aksiyaya hazırlaşırlar. Erməni dairələri aprelin 26-da Federal kanselyariyanın qarşısında Azərbaycan Prezidentinin səfərinə “etiraz” olaraq, piket keçiriləcəyini anons edib.

Aksiyada Beynəlxalq Cinayət Məhkəməsində baş prokuror olmuş Luis Okampo və Almaniya Mərkəzi Erməni Şurasının üzvləri iştirak edəcək.

Qeyd edək ki, erməni dairələrin əsassız “aksiya şousu”na alət elədiyi Argentinadan olan Okampo kriminal-korrupsioner keçmişi ilə tanınır. İstər Beynəlxalq Cinayət Məhkəməsində işlədiyi dövrdə, istərsə də sonrakı vaxtlarda onun adı şübhəli maliyyə maxinasiyalarında hallanıb. Vaxtilə korrupsiya və cinsi təqibdə ittiham olunan Okomponun Serj Sarqsyan, Arayik Arutunyanla dostluq münasibətləri var.

Məlumata görə, hazırlanan “aksiya” erməni lobbisinin sifarişi ilə keçirilir.

Azərbaycan Prezidentinin səfəri zamanı belə bir aksiyanın təşkil olunması təsadüfi deyil. Regionda sülh üçün yaxşı perspektivlərin yarandığı, sərhədlərin delimitasiyası prosesinin başlandığı bir vaxtda erməni lobbisi və onların havadarları bu prosesə mane olmağa çalışır, gərginlik yaratmaq üçün belə ucuz şou qururlar. Delimitasiya prosesinə start veriləndən Ermənistanda baş verənlər proseslərin eyni mərkəzdən idarə olunduğunu söyləməyə əsas verir. Ermənistandakı revanşist, sülhə qarşı çıxan qüvvələrin aksiyalarına Berlindəki erməni lobbisi və onların havadarları sabaha planlaşdırdıqları piketlə dəstək verməyi planlaşdırırlar.

Lakin bu aksiyanın heç bir əhəmiyyəti və təsiri yoxdur. Erməni lobbisinin və onların pulla ələ aldıqları şəxslərin məqsədi yalnız öz “fəallığını” nümayiş etdirməkdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir