• Ç. May 15th, 2024

Konsulun vəzifələri artırıldı – FƏRMAN

ByYenigun.news

Apr 29, 2024




Karantin qoyulan xəstəliklər əvvəllər bu xəstəliklərin olmadığı ərazilərdə meydana çıxdıqda konsul xəstəliyin yayıldığı rayonun adını, xəstəliyə tutulmuşların sayını və yerli hakimiyyət orqanları tərəfindən epidemiyaya qarşı görülən tədbirləri göstərməklə, bu barədə dərhal Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə məlumat verməlidir.

APA-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının Konsul Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında” qanunun tətbiqi barədə imzaladığı fərmanda əksini tapıb.

İndiyə qədər karantin qoyulan xəstəliklər əvvəllər bu xəstəliklərin olmadığı ərazilərdə meydana çıxdıqda konsul xəstəliyin yayıldığı rayonun adını, xəstəliyə tutulmuşların sayını və yerli hakimiyyət orqanları tərəfindən epidemiyaya qarşı görülən tədbirləri göstərməklə, bu barədə dərhal Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə məlumat verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir