• Ca. Apr 25th, 2024

Rusiya Azərbaycanlı Gənclər Birliyinin Qış Ekoməktəbinin açılışı oldu – FOTO

ByYenigun.news

Fev 3, 2023

Rusiyanın Kaluqa vilayətində Rusiya Azərbaycanlı Gənclər Birliyi (RAGB) tərəfindən ikinci dəfə təşkil olunan Qış Ekoməktəbinin rəsmi açılışı baş tutub.

Fevralın 2-dən 5-dək davam edən layihənin tərəfdaşları qismində Ümumrusiya Ətraf Mühitin Müdafiəsi Cəmiyyəti, Rusiya Gənclər və Uşaq Təşkilatları Milli Şurası, Moskva şəhəri Təbiət və ətraf mühitin mühafizəsi departamenti, habelə “Ecowiki.ru” platforması olub.

Layihədə ali təhsil, ekoloji, gənclər və könüllü təşkilatlarından, o cümlədən Molodaya Qvardiya, Gənclər Parlamenti, Skolkovo İnnovasiya Mərkəzi və Podmoskovye Könüllüləri təşkilatından olan 100-dən çox gənc iştirak edir. Ekoməktəbin iştirakçıları üçün ekoloji terminologiya və uğurlu biznes keysləri ilə tanışlıq məqsədi ilə müxtəlif master-klas və təlimlər təşkil olunacaq.

Panel sessiyasının açılış nitqini Rusiya Azərbaycanlı Gənclər Birliyinin sədri Ceyhun Hüseynov edərək, təşkilatın fəxri sədri Leyla Əliyevanın xoş arzularını tədbir iştirakçılarına çatdırıb. Daha sonra Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (МГИМО) beynəlxalq ekoloji və təbiətdən istifadə kafedrasının geoekologiya və dayanıqlı təbiətin istifadəsi laboratoriyasının rəhbəri “Gənclərin ekoloji təşəbbüslərinin reallaşması: layihə və sosial məsuliyyət” mövzusunda çıxış edib. Digər spikerlər isə öz çıxışlarında ətraf mühitin qorunması və keyfiyyətinin yaxşılaşdırılmasına yönəlmiş ekoloji layihələrin əhəmiyyətini vurğulayıblar. 

Üçgünlük təlimlərdən sonra iştirakçılara “Gənclərin ekoloji təşəbbüslərinin reallaşması” üzrə ixtisasartırma sertifikatları təqdim olunacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir