• Be. Apr 29th, 2024

Rusiya Moldova səfirliyinin işçisini “persona non qrata” elan etdi

ByYenigun.news

Mar 29, 2024

Moldovanın Moskvadakı səfiri Lilian Dariy Rusiya Xarici İşlər Nazirliyinə çağrılıb.

Səfirə rusiyalı diplomatın Moldovadan çıxarılması və Rusiya nümayəndə heyətinin BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının konfransının sessiyasına buraxılmaması ilə bağlı etiraz ifadə edilib.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

“Moldova diplomatik missiyasının rəhbərinə martın 19-da Moldova tərəfinin Rusiyanın Kişinyovdakı səfirliyinin əməkdaşını “persona non-qrata” elan etməsi, habelə Rusiya nümayəndə heyətinin BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) mayın 14-17-də Kişinyovda keçiriləcək Avropa üzrə regional konfransının 34-cü sessiyasında iştirak üçün Moldovaya girişinə qadağa qoyulmasına dair əsassız qərarı ilə bağlı kəskin etiraz bildirilib”, – deyə diplomatik qurumdan məlumat verilib.

“Rusiyanın Kişinyovdakı səfirliyinin əməkdaşının ölkədən çıxarılmasına cavab olaraq Rusiya tərəfi Moldovanın Rusiyadakı səfirliyinin əməkdaşını “persona non-qrata” elan edir”, – deyə Rusiya XİN-dən qeyd edilib.

Mənbə: TASS

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir