• Ç. May 15th, 2024

Tavuşda UAZ markalı avtomobilin nümayişçilərin üzərinə sürülməsi ilə bağlı beş nəfər həbs edildi – VİDEO

ByYenigun.news

Apr 29, 2024




Tavuşda keçirilən etiraz aksiyalarında Noyemberyan rayonunun sakinləri ilə “Yerkrapa” Könüllülər Birliyinin üzvləri arasında baş verən toqquşma zamanı UAZ markalı avtomobilin nümayişçilərin üzərinə sürülməsi ilə bağlı beş nümayişçi həbs edilib.

İstintaq Komitəsi sürücünün hərəkətini qanuni, aksiya iştirakçılarının hərəkətlərini isə avtoxuliqanlıq hesab edib. Beş aksiya iştirakçısına qarşı cinayət təqiblərinə başlanılıb, həbs qətimkan tədbiri seçilib.

Etirazçılardan biri əmlaka ziyan vurmaqda (maşının təkərini bıçaqla kəsməkdə) ittiham olunur.

Xatırladaq ki, Tavuşda keçirilən etiraz aksiyalarında Noyemberyan rayonunun sakinləri ilə “Yerkrapa” Könüllülər Birliyinin üzvləri arasında toqquşma baş verib. Könüllülər UAZ markalı avtomobili nümayişçilərin üzərinə sürüblər və nəticədə bir nəfər xəsarət alıb.

Mənbə: Ermənistan KİV

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir