• Ca. May 16th, 2024

Ukrayna səfiri etimadnaməsinin surətini Azərbaycan xarici işlər nazirinin müavininə təqdim edib

ByYenigun.news

Apr 29, 2024




Ukraynanın Azərbaycana yeni təyin olunmuş səfiri Yuriy Qusyev etimadnaməsinin surətini Azərbaycan xarici işlər nazirinin müavini Samir Şərifova təqdim edib.

Bu barədə diplomat “Facebook”da paylaşım edib.

“Ukraynanın Azərbaycandakı səfiri kimi diplomatik fəaliyyətimin başlaması ilə əlaqədar etimadnamələrin surətlərini təqdim etmək üçün Azərbaycanın xarici işlər nazirinin müavini Samir Şərifovla görüşdüm. Görüş zamanı Azərbaycanın xarici siyasət idarəsinin rəhbərinin müavini Ukraynanın suverenliyi və ərazi bütövlüyünün dəstəklənməsinə dair Azərbaycanın dəyişməz mövqeyini, eləcə də Azərbaycan tərəfinin iki dövlət arasında mövcud ikitərəfli əməkdaşlığı daha da inkişaf etdirməyə və Ukraynaya enerji, sosial və digər sahələrdə humanitar yardım göstərməyə hazır olduğunu təsdiqləyib”, – paylaşımda qeyd edilib.

Səfir Ukraynaya göstərdiyi dəstəyə görə Azərbaycan tərəfinə minnətdarlığını bildirdiyini diqqətə çatdırıb:

“Ukrayna ilə Azərbaycan arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi üçün maksimum səy göstərməyə hazır olduğumu vurğuladım. Bundan sonra ikitərəfli və çoxtərəfli əməkdaşlıq, eləcə də qlobal və regional təhlükəsizlik gündəliyində duran bir çox məsələləri ətraflı müzakirə etdik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir