• Ç. May 22nd, 2024

Ukraynada vəziyyət gərginləşib: Odessa və Xarkovda kütləvi hücumlar – VİDEO

ByYenigun.news

Apr 30, 2024




Ukraynada vəziyyət gərginləşib. Odessa və Xarkov vilayətləri kütləvi hücumlara məruz qalıb. Zərbələr nəticəsində ölən və yaralananlar var.

Ukraynada olan Baku TV-nin Şərqi Avropa bürosunun əməkdaşı Mübariz Aslanov ən son məlumatları çatdırıb.

O bildirib ki, Odessaya endirilən kütləvi raket hücumları nəticəsində beş nəfər həlak olub, 40 nəfərə yaxın yaralı var:

“Bu gün Xarkov vilayətinə yenidən raket hücumları oldu. Nəticədə üç nəfər həlak olub, on beş nəfərin yaralandığı bildirilib. Ümumilikdə Odessa, Xarkov, Zaporojye, Xerson, eyni zamanda Sumı, Çerniqov, hətta Kiyev vilayətinə hava hücumu təhlükəsi hələ də davam edir. Çerniqov vilayətinə edilən kütləvi raket hücumu nəticəsində yeni hazırlanan taxıl anbarları sıradan çıxıb”.

Ətraflı süjetdə:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir