• Ca. Apr 25th, 2024

Tacir Şahmalıoğlu: “Nədənsə Şuşaya gedəndə mən yada düşmədim…”

ByYenigun.news

May 20, 2021

“28 ildən çoxdur ki, Şuşa həsrətindəyəm. Ağdamlı olsam da, körpəliyimdən Şuşanı qarış-qarış gəzmiş bir insanam. “Xarıbülbül” musiqi festivalında iştirak etmək mənim də arzum idi. Təəssüf ki, qatıla bilmədim”.

Yenigun.news xəbər verir ki bu sözləri müğənni Tacir Şahmalıoğlu deyib. Festivala qatıla bilmədiyi üçün məyusluğunu dilə gətirən sənətçi sözlərinə belə davam edib: “Şuşadan ötrü burnumun ucu göynəyir. Bu şəhəri görmək həsrəti ilə yaşayıram. Mən o torpaqları dizin-dizin gəzməyə hazıram. Nədənsə yada düşmədim… Üzgünəm, bu barədə əlavə heç nə deyə bilmərəm”.

12 yaşında oxuduğu “Bayatı-Şiraz” ilə qəlblərdə silinməz izlər buraxan Tacir Şahmalıoğlu Kənan Bayramlının Cıdır düzündə keçirilən “Xarıbülbül” festivalındakı çıxışını bəyəndiyini deyib.

Məlumat üçün bildirək ki, sənətçi müsahibələrinin birində “Bayatı-Şiraz”ın toxunulmaz olduğunu qeyd edib. “Bu musiqi, bu improvizə əvəzolunmazdır. Bu, toxunulmaz bir şeydir, buna niyə toxunurlar ki? Bu elə bir musiqidir ki, Azərbaycanın qəmli günündə də, sevincli günündə də insanlar bunu sevir, dinləyir. Ruhi qida kimi əsgərlərimizə ilham verdi bu muğam. Bütün Azərbaycan xalqı bu mahnını ürəklərinin üzərində gəzdirir. Ona görə də bu musiqi toxunulmazdır. Mən çox xahiş edirəm ki, buna toxunmasınlar, dəyməsinlər!”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir