Özlərini Qeyri-Hökumət Təşkilatının (QHT) rəhbəri kimi təqdim edərək Zəfər günündə orduya dəstək adıyla şirkətlərdən pul istəyən şəxslər saxlanılıblar.
Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.
O bildirib ki, saxta “QHT rəhbərləri” DİN əməkdaşları tərəfindən müəyyən olunaraq, polis idarəsinə gətiriliblər:
“Hazırda araşdırmalar gedir. Əlavə məlumat veriləcək”.