• Ca. Noy 28th, 2024

“ABAD”ın yeni etno-butiki “Şərq Bazarı”nda – FOTO

ByYenigun.news

İyn 7, 2022

6 iyun 2022-ci il tarixində “Paşa Holding”in dəstəyi ilə ərsəyə gəlmiş “ABAD”ın sayca 12-ci etno-butikinin açılışı baş tutub.

Açılış zamanı ölkə prezidenti və birinci vitse-prezident “ABAD”ın fəaliyyətə başlayacaq olan yeni etno-butikini ziyarət edərək “ABAD” məhsulları ilə yaxından tanış olublar.

“Şərq Bazarı” 1982-ci ildən paytaxtın simvollarından biri sayılaraq, ölkənin tarixi abidələri siyahısına daxil edilib. Kompleksin təşkili qapalı şərq bazarlarının ənənəvi prinsiplərinə, daxili həyət ideyasına, səciyyəvi şərq günbəzlərinə və ornamentlərinə əsaslanırdı.

2008-ci ildən isə kompleks fəaliyyət üçün yararsız hala gəlib. Lakin, 2018-ci ildə “PMD Projects” qrupu binanın yenidən qurulması işlərinə start verilib. 

Beləliklə, “Şərq Bazarı” yenidən öz qapılarını memarlığı, ənənəvi dekorativ-tətbiqi sənəti, bədii sənətkarlığı və şərq mətbəxini sevənlərin üzünə açdı. Bu səbəbdən dekorativ-tətbiqi xalq sənətkarlığının təbliğ və inkişafına töhfə verən qurum kimi “ABAD”ın etno-butikinin burada fəaliyyət göstərməsi məqsədəmüvafiq hesab edilib. Bununla da, mövcud və gələcəkdə layihəyə daxil olacaq yüzlərlə sənətkar – “ABAD”çının burada, turizm baxımından cəlbedici olan bazarda, məhsulları satışa çıxarılacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir