Nəsimi rayonu, Bülbül prospekti 18-30 ünvanında ağacların qanunsuz kəsimi və qeyri-qanuni parklanma yerinin yaradılması ilə bağlı məlumat vermişdik.
Məsələ mətbuatda işıqlandırıldıqdan sonra ölkə başçısı İlham Əliyev tərəfindən verilən tapşırığa uyğun olaraq dərhal qanunsuz parklanma yerinin sökülməsi və piyada səkisinin əvvəlki vəziyyətinə gətirilməsi istiqamətində işlərə başlanılıb.
Həmçinin təqsirkarların müəyyən edilməsi məqsədilə araşdırmalar aparılır.
“Global Photo Stock”un əməkdaşı sözügedən ərazidəki söküntü prosesini lentə alıb:
Daha çox şəkil burada: Photostock.az