Türkiyənin “Haber Global” telekanalı Şuşa Bəyannaməsinin ildönümü və Milli Qurtuluş Günü münasibətilə Ankaradan Bakıya ünvanlanan təbrik mesajları barədə süjet hazırlayıb.
Videomaterialda Milliyyətçi Hərəkat Partiyası (MHP), Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, habelə ölkənin Müdafiə Nazirliyi tərəfindən yazılan tərbiklərə xüsusi yer verilib.
Təbriklərdə Azərbaycan və Türkiyə qardaşlığının bundan sonra da “İki dövlət, bir millət” anlayışı ilə davam etdiriləcəyi vurğulanıb.