• Şb. Noy 23rd, 2024

Xəzəryanı dövlətlərin əməkdaşlığı möhkəmlənir

ByVuqar Ferzeliyev

İyl 3, 2022
   İyunun 29-da Aşqabadda keçirilən Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında Rusiya, Azərbaycan, İran, Qazaxıstan və Türkmənistan liderləri iştirak edib. İclasda Xəzər regionunda əməkdaşlıq və təhlükəsizlik məsələləri müzakirə olunub. Xəzəryanı ölkələrin dövlət başçı¬larının Aşqabad sammiti və sammit çərçivəsində ikitərəfli və çox tərəfli görüşlərin keçirilməsi 5 ölkənin ticarət, tranzit, enerji, kənd təsərrüfatı və tu¬rizm sahələrində inkişaf etməsi böyük töhfə vermək baxımından mühüm önəm daşıyır.
  Ənənəvi sammit çərçivəsində ötən illər ərzində keçirilən tədbirlər bir daha göstərdi ki, region ölkələri tərəfindən Xəzərin təhlükəsizlik və əməkdaşlıq dənizinə çevrilməsinə böyük diqqət yetirilir, bu sahədə qarşıya çıxan bir sıra problemlərin həlli istiqamətində uğurlu addımlar atılır. Dənizdə su bioloji resurslarının mühafizə olunması, səmərəli istifadəsi və onların birgə ehtiyatlarının idarə edilməsi ilə əlaqədar mövcud problemlərin həlli sürətləndirilir, Xəzərin ekoloji sisteminin yaxşılaşmasına, ekoloji inkişafına xüsusi əhəmiyyət verilir. Azərbaycan ətraf mühitin bugünkü vəziyyəti ilə əlaqədar sahilyanı dövlətlərin narahatlığına şərikdir və  Xəzər dənizinin ekoloji problemlərinin həlli üçün əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Sevindirici haldır ki, Xəzərin bioloji su ehtiyatlarının qorunub saxlanması və səmərəli istifadəsi üzrə komissiya çərçivəsində Xəzəryanı dövlətlərin uğurlu qarşılıqlı fəaliyyəti davam edir. 
    Bütün bunlarla yanaşı, tranzit yükdaşımaları üçün böyük imkanlar açılır. Ümumiyyətlə, bu dəniz Azərbaycanı Mərkəzi Asiya ilə əlaqələndirdiyi üçün mühüm önəm daşıyır. Belə ki, Xəzər vasitəsilə bir tərəfdən Azərbaycan, digər tərəfdən Qazaxıstan və Türkmənistan arasında böyük həcmdə tranzit daşı¬maları reallaşdırılır. Yeri gəlmişkən, 2017-ci ilin oktyabr ayında Bakıda açılışı olan Bakı–Tbili¬si–Qars dəmir yolu da Asiya ilə Avro¬panın dəmir yollarını birləşdirib.
      Azərbaycan Şimal–Cənub beynəlxalq nəqliyyat dəhlizinin yara¬dılmasında və inkişafında da mühüm rol oynayır. Azərbaycan bu layihəyə böyük əhəmiyyət verir. Respublikamı¬zın ərazisində bu layihənin reallaşması üçün bütün işlər başa çatıb. Azərbaycan, eyni zamanda, Xəzərdə 260-dan çox gəmisi olan donanmaya malikdir. Bu gəmilərin bir hissəsi yüklərin fasiləsiz tranzitinin təmin edilməsi işində əsas rol oynayır.
  Əminik ki, Xəzəryanı Ölkələrin Dövlət Başçılarının Aşqabad Sammiti və sammit çərçivəsində ikitərəfli və çoxtərəfli görüşlərin keçirilməsi 5 ölkənin ticarət, tranzit, enerji, kənd təsərrüfatı və turizm sahələrinin, dəniz nəqliyyatının daha da inkişaf etməsinə öz töhfəsini verəcək. Həmçinin dəmiryolu xəttləri vasitəsilə qeyd olunan ölkələr arasında yükdaşımaları da artırmaq mümkündür. Xəzəryanı ölkələrin özəl sektorları arasında əməkdaşlığın inkişaf etdirilməsi, lazımi dəstəyin göstərilməsi, rüsumların azaldılması iqtisadi əlaqələrin daha da inkişaf etməsinə köməklik göstərə bilər.

Elçin Hüseynov, Cəlilabad Gİİ-nin rəisi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir