Azərbaycan Prezidenti İlham Əliyevin pandemiya səbəbindən yaranmış iki illik fasilədən sonra ilk rəsmi xarici səfərini iyunun 21-22-də Özbəkistana etməsi mühüm rəmzi məna daşıyır.
Bu barədə “Caliber” layihəsinin “YouTube” kanalında yayımlanan yeni buraxılışında bildirlir.
“Dövlət başçılarının danışıqlarının yekunu olaraq müxtəlif sahələrdə əməkdaşlığı nəzərdə tutan 12 razılaşmadan ibarət sənədlər paketi imzalanıb. Onların arasında ən mühümü Azərbaycanla Özbəkistan arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında Bəyannamədir”, – deyə videomaterialda qeyd olunur.
Daha ətraflı “Caliber”in süjetində: