Prezident İlham Əliyev “Azərsığorta” ASC-nin Direktorlar Şurasının tərkibinin təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
Oxu.Az xəbər verir ki, sərəncama əsasən, Şuranın tərkibi aşağıdakı kimi təsdiq edilib:
Direktorlar Şurasının sədri:
Azər Bayramov – maliyyə nazirinin müavini
Direktorlar Şurasının üzvləri:
Xəyyam Məmmədov – Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktorunun müavini
Gündüz Əliyev – Maliyyə Nazirliyinin Maliyyə xidmətləri üzrə siyasət şöbəsi müdirinin müavini.