Mütəmadi olaraq Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən vətəndaşların qəbulu ilə yanaşı mövcud problemlərin yerindəcə öyrənmək məqsədi ilə yerlərdə səyyar görüşlər keçirilir.
13 iyul 2022-ci il tarixdə Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının qrafikə uyğun olaraq səyyar görüş – qəbulu rayonun Zopun kəndində keçirilmişdir. Səyyar görüş-qəbulda hüquq mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşklatlarının rəhbərləri, həmçinin kənd sakinləri iştirak etmişdir.
Tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilov səyyar görüşün məqsəd və mahiyyəti, ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən sosial, mədəni, siyasi islahatlar, təhsil, səhiyyə, sənaye, kənd təsərrüfatı, neft sənayesi və digər sahələrdə əldə olunan uğur və nailiyyətlər və cənab Prezident İlham Əliyevin ölkənin xarici siyasətində göstərdiyi qətiyyətli mövqeyindən, eləcə də Cəlilabad rayonunda aparılan tikinti-quruculuq işlərindən və əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat vermişdir. İcra başçısı 44 günlük Vətən müharibəsində möhtəşəm qələbəmiz və zəfərimizdən dərhal sonra işğaldan azad olunmuş ərazilərdə aparılan nəhəng quruculuq işlərinin məhz dövlətimizin başçısının uğurlu siyasi kursunun bəhrəsi olduğunu xüsusi vurğulayıb.
Daha sonra görüşdə iştirak edən sakinlər çıxış edərək rayonda gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirərək onları narahat edən bir sıra məsələlərin həlli ilə bağlı rayon icra hakimiyyəti başçısına müraciətlər ediblər. Sakinlər tərəfindən qaldırılan məsələlər dinlənilərək qeydiyyata alınmış və həlli istiqamətində aidiyyəti üzrə idarə və təşkilatlara müvafiq tapşırıqlar verilmişdir.
Səyyar qəbul zamanı vətəndaşlara bildirilib ki,xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə vətəndaşlar rayon icra hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yeni yaradılmış “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət imkanı əldə edə bilərlər.